2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Məşğulluq" altsistemi fəaliyyətə başlayacaq

"Məşğulluq" altsistemi fəaliyyətə başlayacaq

Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsistemi fəaliyyətə başlayacaq. Nazirlikdən verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar məşğulluq mərkəzlərinə gəlmədən altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.

"Məşğulluq" altsistemində qeydiyyatdan keçmək üçün "e-sosial" və ya "e-gov.az" portalı vasitəsilə sistemə daxil olmaq, "İşaxtaranlar" pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra "Fərdi məşğulluq" bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkün olacaq. Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Burada özüməşğulluq proqramı iştirakçılarının hər birinin şəxsi kabineti yaradılacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?