30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb

Pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb

Ölkəmizdə davam edən sosial islahatlar çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Həmçinin pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200 manat maddi yardım (rüblərə bölünməklə) ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 1,1 milyon pensiyaçını əhatə edən həmin artım üçün dövlət büdcəsindən illik əlavə 352 milyon manat ayrılıb.

Eyni zamanda, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi nəzərdə tutulub. Bunun üçün də illik 86 milyon manat əlavə vəsait ayrılacaq.

Beləliklə, bu ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.

Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı üçün ayrılan illik əlavə vəsait isə 2,1 milyard manatdır. Həmin artımlar 3,4 milyon şəxsi əhatə edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?