31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu il əmək və məşğulluq sahəsində rəqəmsallaşma səviyyəsi 80 faizə çatdırılacaq

Bu il əmək və məşğulluq sahəsində rəqəmsallaşma səviyyəsi 80 faizə çatdırılacaq

2022-ci ildə əmək və məşğulluq sahəsində rəqəmsallaşma səviyyəsinin 80 faizə çatdırılması hədəflənib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 2022-ci il üzrə hədəflərin və icra planlarının müzakirəsi zamanı bildirilib.

Agentliyin Strateji kommunikasiya departamentindən verilən məlumata görə, hazırda vahid əmək münasibətləri platforması rolunu oynayacaq “Əmək münasibətləri və məşğulluq” altsistemi qurulduğu qeyd edilib. “Məşğul şəxslərin reyestri”, “Ölkənin məşğulluq xəritəsi, “BACAR” virtual informasiya resursu, "Sosial tərəfdaşlarla iş və reyestrlər" e-sistemi və s. yaradılması işləri aparılır.

Agentliyin sədri Mustafa Abbasbəyli bu il də aktiv məşğulluq proqramlarının genişləndirilməsinin əsas hədəflərdən olduğunu, o cümlədən peşə hazırlığına cəlb edilənlərin sayının artacağını deyib.

İxtisaslı işçi qüvvəsinin xüsusi çəkisini artırılmasının, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsinin əsas fəaliyyət istiqamətləri olduğunu qeyd edib.

Qeyri-formal məşğulluğun qarşısının alınması üçün kompleks tədbirlərin görülməsi, sosial tərəfdaşlarla iş, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, vətəndaşlara göstərilən xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması, əmək və məşğulluq siyasətinin hədəfyönümlü olmasının təmin edilməsi, hər bir işsizə münasibətdə məşğulluq imkanlarının qiymətləndirilməsi və individual Fərdi Məşğulluq Proqramının tərtib edilməsi və s. hədəflərə doğru görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?