31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölkə üzrə fevral ayının pensiya ödənişi tam yekunlaşıb

Ölkə üzrə fevral ayının pensiya ödənişi tam yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, fevralın 15-də isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş pensiyalar ödənilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarın 1-dən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa, cari il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?