10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il Dövlət Sosial Müdafiə Fondu ötən illə müqayisədə 8,5 faiz çox gəlir əldə edib

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun xərcləri 5,92 milyard manat olub ki, bu da 2017-ci illə müqayisədə 1,951 milyard manat və yaxud təxminən 49 faiz artım deməkdir. Son 4 ildə pensiya xərcləri 40 faiz artaraq 4,591 milyard manat olub, müavinət xərcləri 2,1 dəfə artaraq 590 milyon manat, təqaüd xərcləri 4,5 dəfə artaraq 417 milyon manat, məcburi dövlət sosial sığorta xərcləri isə 32 faiz artaraq 125 milyon manata yüksəlib.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci il ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun dediyinə görə, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu ötən illə müqayisədə 8,5 faiz çox - 5,152 milyard manat gəlir əldə edib.

Fondun sədri deyib: “Builki gəlirlərinin 3,81 milyard manatı və yaxud 73,95 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2 faiz çoxdur. Büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,43 milyard manat sığorta haqqı toplanılıb. Transfertin isə 1,313 milyard manat olması proqnozlaşdırılır”.

Fondun sədri onu da qeyd edib ki, bu il üzrə gözlənilən xərclər 4,841 milyard manat təşkil edir və bu milyon manat, başqa sözlə 2,8 faiz çoxdur. Bu il əhaliyə ödənişlər 4,716 milyard manat olub ki, bunun da 4,591 milyard manatı əmək pensiyaları, 125 milyon manatı isə məcburi dövlət sosial sığorta üzrə müavinətlərdir. 125 milyon manat isə digər xərclərdən ibarət olub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?