31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1330 şəxsə iş yerlərinə göndəriş verilib

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1330 şəxsə iş yerlərinə göndəriş verilib

Əmək haqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində iş yerlərinə göndəriş verilənlərin sayı 1330-a çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi proqram üzrə iş yerlərinə göndəriş verilənlərin böyük hissəsi ilə artıq əmək müqavilələri bağlanıb. Digərləri ilə də əmək müqaviləsinin bağlanması işləri davam edir. Artıq proqram çərçivəsində 180 işəgötürən ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, proqramın icrası zamanı şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və iştirakçılarına, əlilliyi olan şəxslərə üstünlük verilir.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əmək haqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?