31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İlin əvvəlindən 54 minə yaxın şəxsə əlillik təyin edilib

İlin əvvəlindən 54 minə yaxın şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən iki dəfə çox olmaqla 54 minə yaxın şəxsə əlillik təyin edilib. Onlardan 16500-ü ilkin, qalanı təkrar təyinatlardır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əlillik təyin edildikdən sonra onlara əlillik dərəcələri üzrə proaktiv qaydada elektron sistem üzərindən pensiya və ya müavinətlərin təyinatı aparılıb. Həmçinin bir sıra xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə (müharibə əlilləri, I dərəcə əlilliyi olanlar və s.) pensiya və ya müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri də təyin olunub.

Ümumilikdə 2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyinatı aparılıb.

Əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlar qeydə alınıb. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 70 faizə yaxın, müavinətin orta aylıq məbləği 2 dəfə, təqaüdün maksimum məbləği isə 54 faiz artıb.

Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 2018-2021-ci illərdə 55 faiz artaraq, 1 milyard 611 milyon manata çatıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?