30 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda əmək müqavilələrinin sayı 30 faiz artıb və bunun 75 faizi özəl sektorun payına düşür

Ölkəmizdə məşğulluğun genişləndirilməsi hökumət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və bu sahədə ardıcıl tədbirlər görülür. Son dörd ildən də az dövrün statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda əmək müqavilələrinin sayı 30 faiz artıb və bunun da 75 faizi özəl sektorun payına düşür. Əməkhaqqı fondu 93 faiz, orta əməkhaqqı 40 faiz, median əməkhaqqı 75 faiz artıb. Əlbəttə, bunların hamısı ölkədə həyata keçirilən siyasətin məşğulluq, əmək münasibətləri və sosial-iqtisadi sahəsində gördüyü tədbirlərin nəticəsində mümkün olub. Paralel olaraq məşğulluq orqanları tərəfindən 230 min nəfərdən artıq işə düzəlib, 36 min kiçik və mikro təsərrüfatlar yaradılıb və bu da minlərlə ailənin davamlı gəlir mənbəyinin yaradılması deməkdir. Bununla yanaşı məşğulluq sahəsində görüləsi işlər də çoxdur.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda jurnalistlərə verdiyi müsahibədə deyib.

Nazir fikrinə davam edərək bildirib: “Xüsusilə nəzərə alsaq ki, hər il ölkəmizdə 100 mindən çox gənc əmək bazarına daxil olur və onların sırasında ixtisaslı işçi qüvvələrinin sayı o qədər də geniş deyil, onda bu istiqamətə daha çox diqqəti artırmağın lazım olduğunu görərik. Həm ali təhsil, həm peşə təhsili məzunları, həm peşə hazırlığı məzunları və digər alətlərdən istifadə edərək işçi qüvvəsinin inkişafını yaxşılaşdırmalıyıq. Çünki məşğulluğun ikitərəfli istiqaməti var. Bir tərəfdən iqtisadiyyatın inkişafı nəticəsində xüsusilə özəl sektorda investisiyalar yatırılması və iş yerlərinin sayının artırılması, digər tərəfdən isə iş yerlərinə uyğun bacarıqlı və ixtisaslı kadrların hazırlanması lazım gəlir. Aktiv məşğulluq tədbirləri ilə əlaqədar dövlət tərəfindən aktiv məşğulluq tədbirləri həyata keçirilir. Həmin tədbirlərin elektronlaşdırılması, əlçatanlığının genişləndirilməsi və əhatə dairəsinin artırılması üçün də ardıcıl işlər aparılır.

Qeyd etmək istəyirəm ki, növbəti ildən əmək münasibətləri altsistemi, elektron məşğulluq reyestri, elektron məşğulluq xəritəsi, elektron əmək birjaları, elektron əmək yarmarkaları və digər platformalar vasitəsilə əhalini aktiv məşğulluq tədbirlərini daha da genişləndirəcəyik”.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?