10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzil təqdim edilib.

Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və millət vəkili Şahin Seyidzadə iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində hər gün yeni qələbələrlə qəhrəmanlıq tarixi yazırdı. Ötən ilin bu günündə - 2020-ci il oktyabrın 20-də şanlı Ordumuz daha bir tarixi qələbəyə imza atdı - Zəngilan şəhərini Ermənistanın işğalından azad etdi. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri həyata keçirilir. Bu gün, Zəngilan şəhərinin azad edilməsinin birinci ildönümü olan bu əlamətdar gündə də həmin tədbirlər daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillər verilməsi ilə davam edir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələri və müharibə əlillərinə 1800 mənzil verilib.

Eyni zamanda Vətən Müharibəsi qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri aparılır.

Ş.Seyidzadə postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin, onların mənzil təminatı prosesinin bu kateqoriyalardan olan vətəndaşlara diqqət və qayğının əyani təzahürü olduğunu vurğulayıb.

Mənzillərlə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə və həssas kateqoriyalardan olan digər şəxslərə xüsusi qayğısından razılıqlarını qeyd ediblər. Daima dəstəklə əhatə olunduqlarına, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?