31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə çatıb

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı 512-ə çatıb. Onların 268-i dövlət, 244-ü özəl müəssisələrdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, işəgötürənlər Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona 2518 vakansiya təqdim ediblər.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında 122-i şəhid ailəsi üzvü və 614-ü qazi olmaqla ümumilikdə 736 nəfər işlə təmin olunub. Həmin kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi prosesi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?