31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DOST mərkəzləri 500 mininci vətəndaşa xidmət edib

DOST mərkəzləri 500 mininci vətəndaşa xidmət edib

Sentyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində 500 mininci vətəndaş müraciəti qeydə alınıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, Bakının Binəqədi rayon sakini, Vətən müharibəsi iştirakçısı Elmir Bayramlı 4 saylı Bakı DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib.

E.Bayramlı DOST mərkəzində göstərilən xidmətlərdən razı qaldığını və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin mayından etibarən 5 DOST mərkəzi açılıb və paytaxtın 10 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov), eləcə də Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 2021-ci il üzrə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,1 faizdir.

Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?