31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Məşğulluq marafonu” çərçivəsində 28 sahibkarlıq subyekti 60 nəfəri işlə təmin edib

“Məşğulluq marafonu” çərçivəsində 28 sahibkarlıq subyekti 60 nəfəri işlə təmin edib

Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb.

KOBİA-dan bildirilib ki, 28 sahibkarlıq subyekti tərəfindən 60 nəfər işlə təmin edilib. Ən çox iş yeri 17 vakant vəzifə olmaqla Salyan Pivə Zavodu tərəfindən müvafiq elektron sistemə daxil edilib və artıq 2 nəfər işlə təmin olunub. İndiyədək daha çox “Det-al alüminium” MMC tərəfindən Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri işlə təmin edilib. Agentliyin ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən “Məşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlıq subyektlərinə müvafiq vakant iş yerlərinin elektron sistemə daxil edilməsi üçün də dəstək göstərilir. “Məşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlar vakansiyaları barədə məlumatları https://bit.ly/3sQigid linkinə daxil olmaqla qeyd edə bilərlər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?