31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlilliyin müəyyən edilməsində mütərəqqi dünya təcrübəsinə əsaslanan yanaşmalar tətbiq olunacaq

Əlilliyin müəyyən edilməsində mütərəqqi dünya təcrübəsinə əsaslanan yanaşmalar tətbiq olunacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan sosial islahatların əsas istiqamətlərindən biri də əlillik sahəsini əhatə etməklə, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə, həmin sistemin mütərəqqi dünya təcrübəsi əsasında qurulmasına yönəlib. Dövlət başçısı tərəfindən yeni təsdiq edilən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun da bu məqsədi özündə ehtiva edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən brifinqdə nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev məlumat verib. Bildirib ki, Qanunda edilmiş dəyişikliklər əlilliyin müəyyən edilməsi sahəsində ölkəmizdə ilk dəfə olaraq yeni konseptual yanaşmanı, əlilliyin qiymətləndirilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla, yeni meyarlarla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilməsini nəzərdə tutur. Həmin dəyişikliklərlə əlaqədar dövlət başçısı, həmçinin bir sıra Qanun və Məcəllələrdə edilmiş dəyişiklikəri də təsdiq edib.

Qeyd olunub ki, qanunvericilikdə “əlilliyinin səbəbi, dərəcəsi” sözləri “orqanizminin funksiyalarının pozulması faizi, səbəbi” sözləri ilə, “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Bu dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək və artıq Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla əlilliyin qiymətləndirilməsi aparılacaqdır.

Həmçinin qanunvericilikdə "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri ilə əvəzlənir və 18 yaşınadək əlilliyi müəyyən edilmiş məktəbəqədər yaşda olan uşaqların təlim və tərbiyəsinin Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilməsi də nəzərdə tutulur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?