31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

Son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərin əksəriyyəti şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, o cümlədən Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin qaziləridir.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunub. Təlimləri uğurla başa vuran şəxslər kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Hazırda proqram iştirakçılarının təlimlərə cəlb edilməsi və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərlə təminatı prosesi davam edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?