31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 375-ə, təqdim edilən vakansiya sayı 1607-yə çatıb

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 375-ə, təqdim edilən vakansiya sayı 1607-yə çatıb

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artmaqda davam edir. Son bir neçə gündə daha bir qrup işəgötürən də həmin aksiyaya öz dəstəyini ifadə edərək vakansiyalarını müvafiq e-sistemə daxil edib.

Beləliklə, marafona qoşulan işəgötürənlərin sayı artıq 375-ə çatıb. 180-ni dövlət, qalanı özəl müəssisə olan həmin işəgötürənlərin 221-i xidmət, 105-i emal, 32-si kənd təsərrüfatı, 17-si tikinti sahəsində fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, işəgötürənlərin bu marafon çərçivəsində e-sistemə daxil etdikləri vakansiya sayı isə 1607-yə çatıb.

Həmin vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi də davam edir və marafon çərçivəsində işlə təmin edilənlərin sayı da artaraq 367-yə çatıb. Onlardan 280-i qazi, 87-si şəhid ailəsi üzvüdür və əksəriyyəti 18-29 yaşlarında olan şəxslərdir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?