1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətən Müharibəsi Qəhrəmanına verilən imtiyazlar

“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüşmüş şəxslərə Azərbaycan qanunvericiliyində bir sıra imtiyazlar və güzəştlər nəzərdə tutulub. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamənin 2.1-ci maddəsində göstərilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

Vətən Müharibəsi Qəhrəmanı adını alan şəxs Vətən Müharibəsi medalı və adının verilməsi haqqında müvafiq icra hakimiyyıti oqranının müəyyən etdi orqan aktı ilə qəbul edilir. Bu ad eyni şəxsə bir dəfə verilir və həmin şəxslər müəyyən imtiyaz və güzətlərdən istifadə etmək hüququna malikdirlər. Vətən Müharibəsi Qəhrəmanlarına Prezident təqaüdü verilir.

Bundan əlavə, Vətən Müharibəsi Qəhrənamlarına əlavə güzəştlərlə bağlı Əmək Məcəlləsinə və Vergi Məcəlləsinə dəyişiklik edilib. Əmək Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Vergi Məcəlləsinin 102.21-ci maddəsinə səasən, Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Başqa sözlə, onların aylıq gəlirlərinin 400 manatı vergidən azad edilib.

Bilirik ki, özəl şirkətlərdə 8000 min manata qədər əməkhaqqı məbləği gəlir vergisindən azaddır. 8000 manatdan yuxarı olan əməkhaqqının bu məbləğdən yuxarı olan hissəsi gəlir vergisinə cəlb olunur. Dövlət qurumlarında və neft-qaz sektorunda çalışanların gəlirlərindən isə gəlir vergisi tutulur.

Misal: Tutaq ki, Vətən Müharibəsi Qəhrəmanı dövlət orqanında çalışır. Onun aylıq əməkhaqqısı 1000 manatdır. Bu zaman həmin şəxsin gəlir vergisi belə hesablanır:

1000 -200 = 800 manat
800 – 400 = 400 manat
400 x 14% = 56 manat.

Deməli, 1000 manat əməkhaqqı alan Vətən Müharibəsi Qəhrəmanı 56 manat gəlir vergisi ödəməlidir.

Məzuniyyət haqqı isə hansı sektorda çalışmasından asılı olmayaraq 46 gündən az olmamalıdır. Bunun üçün alacağı minimum məbləğ 1513 manat təşkil edir:
Orta aylıq əməkhaqqı – 1000 manat
1000 : 30,4 = 32,9
32,9 x 46 = 1513 manat.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ