10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MİDA mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyənlərə müraciət edib

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşlara müraciət edib.

MİDA-dan bildirilib ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan Mənzil İnşaatı Dövlət Agentliyinə daxil olmuş 2021-ci il 8 iyul tarixli məktuba əsasən, güzəştli ipoteka kreditlərinin verilməsi, o cümlədən agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi üçün Bank “BTB” ASC üzrə müəyyən edilmiş limitlərdən istifadənin fond tərəfindən müvəqqəti olaraq dayandırıldığı bildirilib.

Bu il avqustun 17-də Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Sumqayıt şəhərində güzəştli mənzillərin satışı başlayacaq. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

- ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;

- agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Bununla əlaqədar olaraq, bildirilir ki, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “TuranBank” ASC-yə müraciət edə bilərlər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?