31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vətən müharibəsi iştirakçıları KOBİA-da işlə təmin edilib

Vətən müharibəsi iştirakçıları KOBİA-da işlə təmin edilib

Vətən müharibəsinin iki iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.

KOBİA-dan bildirilib ki, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuş Səid Abasov agentliyin Bakı şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib. İşlə təmin edilmiş digər Vətən müharibəsi iştirakçısı isə Xəyal Məmmədzadədir. Vətən müharibəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş X.Məmmədzadə agentliyin Sumqayıt şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.

Qeyd edək ki, KOBİA Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”na qoşulub, sahibkarlıq subyektlərinin də bu xeyirxah təşəbbüsdə iştirak etməsi üçün çağırış edib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?