13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Sosial Müfadiə Fondu vakant vəzifələr üçün müsabiqənin vaxtını uzadıb

Dövlət Sosial Müdafiə Fondu namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işçi qəbulu üçün elan etdiyi müsabiqənin müddətini 9 iyul saat 24:00-dək uzadıb. Test imtahanı iyulun 31-də keçiriləcək.

İyul ayının 5-dən müraciət vərəqələri araşdırılan namizədlərdən müvafiq tələblərə uyğun gələnlərə elektron bildirişlər göndərəcək. E-poçt və ya SMS vasitəsilə bildirişi alan namizədlər həmin bildirişlərdə göstərilən keçid vasitəsilə imtahanda iştiraklarını təsdiq etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhərində yerləşən struktur bölmələrində aşağıdakı istiqamətləri üzrə işçilər tələb olunur:

- pensiya;
- sosial müavinətlər və təqaüdlər;
- ünvanlı dövlət sosial yardımı;
- sosial sığorta;
- maliyyə və mühasibat;
- vətəndaşların yazılı müraciətlərinin araşdırılması.

İşə qəbul prosesi test imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə keçiriləcək.

Namizədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytı vasitəsi ilə e-xidmətlər bölməsində “Dövlət Sosial Müdafiə Fondunun vakansiyalarına müraciət” pəncərəsinə daxil olaraq müraciət edə bilərlər. Onlar işə qəbul üçün müraciət vərəqini nümunəyə uyğun formada doldurub skan etməli, “pdf” fayl formatında yükləyərək təsdiqləməlidirlər. Yalnız ərizəsini (müraciət vərəqini) göstərilən qaydada təsdiq etmiş namizədlərin müraciətlərinə baxılacaq.
Müvafiq istiqamətlər üzrə müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər test imtahanı mərhələsində iştirak etmək hüququ qazanacaq və namizədlərə imtahanın keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək. İmtahanda qiymətləndirmə qeyd edilən elektron portalda yerləşdirilmiş ədəbiyyat siyahısına əsasən tərtib edilmiş 100 test tapşırığından ibarət olacaq. İmtahan nəticələri barədə məlumatlar da e-sosial.az saytında yerləşdiriləcək.

Test imtahanını müvəffəqiyyətlə verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Onlara müsahibənin keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək, həmçinin DSMF-nin sosial şəbəkə hesablarında və kütləvi informasiya vasitələrində də bu barədə məlumat veriləcək. Namizədlərə mobil telefonla deyil, kompüter vasitəsilə müraciət etmələri tövsiyə olunur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?