2 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Adın şərəflidir...

Əziz xanımlar!
Sizi 8 Mart - Qadınlar Günü münasibətilə təbrik edirik!

Bu gün hamımız üçün əziz bir bayramı qeyd edirik. Bu bayramın harada, nə vaxt, kim tərəfindən və nə münasibətlə təsis edilməsindən asılı olmayaraq, 8 mart hər birimizin yaddaşının, ruhunun dərinliyində ayrıca yer tutur. Dünyaya göz açdığımız vaxtdan bəri ilin bu günü yaddaşımızda ana sevgisinin möhtəşəmliyini, gözəlliyin ülviyyətini, qadın mərhəmətinin sonsuz hənirini həkk eləyən bir bayram kimi qalıb. Bu gün hamımız üçün, sadəcə, bir "təqvim bayramı" deyil, sözün əsl mənasında, qəlblərimizin bayramıdır. "8 Mart" deyəndə qadınlar qarşısında borclu olduğumuzu düşünürük: gözəl, zərif, şəfqətli olduqlarına görə onlara diqqət və həssaslıq borcumuz var. Müdrik, təmkinli, zəhmətkeş və fədakar olduqlarına görə minnətdarlıq borcumuz var. Qayğılı dünyamıza bayram havası gətirdiklərinə görə isə təşəkkür və təbrik borcumuz var...

Müstəqil bir dövlət olaraq Azərbaycanın ən böyük nailiyyətlərindən biri də, heç şübhəsiz, bu gün qadınlarımızın dövlət və hökumət idarəetmə strukturlarının ən yüksək mövqelərində layiqincə yer tutmalarıdır. Bunun əsl mənası və əhəmiyyəti, sadəcə, "gender bərabərliyi" faktı olaraq qalmır, ölkəmizdəki ictimai münasibətlər sisteminin keyfiyyət baxımından yüksək inkişaf səviyyəsini əks etdirir. Elə bir inkişaf səviyyəsi ki, tarix boyu ulu mütəfəkkirlərimizin işıqlı ideallarından biri olub: "Qadın gülərsə şu issız (kimsəsiz) mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!.." – böyük Hüseyn Cavid belə yazırdı.

VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?