31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim olunub

Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim olunub

Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq 500-ü təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu barədə nazirliyi tərəfindən Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması tədbirində bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov Sərəncama əsasən, yaxın beş ildə bu kateqoriyadan olan 11 min vətəndaş mənzil və fərdi evlə təmin olunacağını vurğulayıb. O qeyd edib ki, bu gün təqdim edilən mənzillər də daxil olmaqla ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9700 mənzil və fərdi ev verilib.

“Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu”nun prezidenti Rauf Zeyni və “Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi”nin sədri Şəmistan Əlizamanlı postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı geniş miqyas alan sosial dəstək tədbirlərindən bəhs ediblər. Ölkədə həssas əhali qruplarına dövlət qayğısının əyani təzahürü olan bu tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.

Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək qayğıya və mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?