31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“İşsizin dostu” proqramı çərçivəsində 56 min şəxs ödənişli ictimai işlərdə çalışır

“İşsizin dostu” proqramı çərçivəsində 56 min şəxs ödənişli ictimai işlərdə çalışır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki “DOST İş” Mərkəzi KİV-lərin ictimai işlər proqramının icrası ilə yaxından tanışlığı üçün mediatur təşkil edib.

Abşeron rayonuna təşkil edilən mediatur zamanı KİV təmsilçiləri rayonda ictimai işlərin yerinə yetirildiyi ərazilərdə Mərkəz tərəfindən ödənişli ictimai işlərə cəlb edilmiş şəxslərin fəaliyyəti ilə tanış olublar.

Bildirilib ki, “DOST İş” Mərkəzi tərəfindən icra olunan “İşsizin dostu” proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır. İctimai işlərə cəlb olunan hər bir vətəndaşla əmək müqaviləsi bağlanılır. Bu da onların əmək hüquqlarının təminatı üçün vacib əsas olmaqla, həmçinin sosial sığorta sistemi ilə əhatə olunmalarına, gələcək sosial müdafiə hüquqlarının formalaşmasına zəmin yaradır.

Abşeron rayonu üzrə də 800-ə yaxın şəxs ictimai işlər proqramına cəlb olunub. Onlar ərazilərin ekoloji sağlamlaşdırılması, abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, mənzil-kommunal xidmətləri, ictimai xarakterli digər işlərdə çalışırlar. 33 nəfər isə elektron kənd təsərrüfatı informasiya sistemi üzrə proqramçı və baytar köməkçisi kimi fəaliyyət göstərir.

Ödənişli ictimai işlər proqramında sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara, o cümlədən şəhid ailəsi üzvlərinə, qazilərə, əlilliyi olan şəxslərə üstünlük verilir. Abşeron rayonunda da proqrama cəlb olunanların mühüm bir hissəsi həmin kateqoriyalardan olan şəxslərdir.

KİV nümayəndələri ictimai işçilərlə həmsöhbət olub, onların cəlb olunduqları “İşsizin dostu” proqramı, gördükləri işlərlə bağlı rəylərini öyrəniblər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?