31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xidmətdə fərqlənən əməkdaşlar üçün tədbir keçirilib

Xidmətdə fərqlənən əməkdaşlar üçün tədbir keçirilib

Dövlət Vergi Xidməti tərəfindən əməkdaşların stimullaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi və motivasiyanın gücləndirilməsinə nail olmaq məqsədilə onların iş fəaliyyətinin qiymətləndirilməsi və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Obyektiv qiymətləndirmə metodları əsasında xidməti fəaliyyəti zamanı fərqlənən əməkdaşlar üçün təlim-tədris proqramı, sosial və mədəni tədbirlər təşkil edilir.

Mayın 1-2 tarixlərində DVX-nin ayrı-ayrı strukturlar üzrə fərqlənmiş əməkdaşları üçün Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında iki günlük mədəni istirahət proqramı təşkil olunub. Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının müdiri Alış Qasımov, tanınmış təlimçi Fəxri Ağayev əməkdaşlar üçün maraqlı mövzularda çıxış ediblər.

Tədbir çərçivəsində iştirakçıların Şamaxı rayonunun Dəmirçi kəndinə səfəri təşkil olunub. Onlar Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi emalatxanası və “Dəmiçi Məscidi”ni ziyarət ediblər. Əməkdaşlar Şamaxı Astrofizika Rəsədxanasında da olublar. Tədbir zamanı şahmat, nərd, dama və stolüstü tennis oyunları üzrə idman turnirləri keçirilib. Turnirlərin qaliblərinə Tədris Mərkəzinin rəhbərliyi tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.

DVX-nin əməkdaşları onlar üçün yaradılmış təkmil işgüzar mühiti, stimullaşdırıcı alətləri, təlim və tədris proqramlarını, o cümlədən asudə vaxtın təşkili istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Belə tədbirlərin onların fəaliyyətinə və işdə məhsuldarlığın daha da artmasına töhfə verdiyini bildiriblər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?