2 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 40 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2018-ci ilə nisbətən bu il 5 dəfəyə yaxın genişlənəcək. 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması tədbirində bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev də iştirak edib.

Nazir müavini yeni mənzillə təmin edilən şəhid ailələrini və müharibə əlillərini bu münasibətlə və qarşıdan gələn Novruz bayramı ilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə yaxın 5 ildə həmin kateqoriyadan olan 11 min şəxs mənzillə təmin ediləcək.

H.Abdullayev diqqətə çatdırıb ki, 2021-ci ilin planı üzrə artıq 140 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. İndiyədək isə şəhid ailələri və müharibə əlillərinə 9300-dək mənzil və fərdi ev verilib. Həmçinin müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir. Nazirlik tərəfindən onlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600, 2020-ci ildə 400 və ümumilikdə indiyədək 7200-dən çox avtomobil verilib.
Nazir müavini postmüharibə dövründə şəhid ailələri, müharibə iştirakçıları, müharibədə yaralanmış hərbçilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlərlə bağlı çevik və genişmiqyaslı sosial dəstək tədbirlərini də qeyd edib. Həmin tədbirlərin artıq 20 mindən çox vətəndaşı əhatə etdiyini diqqətə çatdırıb.

İ.Zəkiyev şəhid ailələri və müharibə əlillərinin dövlət başçısı tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını bildirərək deyib ki, bu gün yeni mənzillər verilməsi bunun daha bir təzahürüdür.
Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə əlilləri onlarla bağlı həyata keçirilən geniş sosial dəstək tədbirlərindən, bu gün onlara yeni mənzillər verilməsindən razılıqla bəhs edərək, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?