23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özünüməşğulluğun təşkilində əməkdaşlıq imkanları genişləndirilir

Özünüməşğulluğun təşkilində əməkdaşlıq imkanları genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, memoranduma əsasən özünüməşğulluq proqramına cəlb olunmaq məqsədilə müraciət edən həssas əhali qrupları (əlilliyi olan şəxslər, aztəminatlı ailələr və b.) barədə məlumatlar nazirlik tərəfindən AHİK-ə təqdim olunacaq. Konfederasiya Proqramın icrasında, iştirakçıların aktivlərlə təminatında iştirak edəcək.

İşsiz və işaxtaran kimi qeydiyyatda olan şəxslər arasından proqrama cəlb edilmələri üçün həssas əhali qruplarının seçilməsi, proqram çərçivəsində xidmət və istehsalat sahələrinə üstünlük verilməsinin təşviqi, biznes planların hazırlanmasına dair təlimlərin təşkili, biznes planların icrasının monitorinqi və s. sahələrdə əməkdaşlıq həyata keçiriləcək.

Proqramda iştirak üçün AHİK tərəfindən 200 min manat vəsait ayrılıb.
Proqram üzrə ümumi əlaqələndirmənin həyata keçirilməsi üçün nazirliyin, AHİK-in, Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndələrindən ibarət əlaqələndirmə qrupu da yaradılacaq.

Hazırda ölkəmizdə uğurla həyata keçirilən özünüməşğulluq proqramının icrasına və genişlənməsinə dəstək verənlər sırasında Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, yerli banklar da var. Bu məqsədlə eyni zamanda, Dünya Bankı ilə birgə “Məşğulluğa Dəstək Layihəsi” icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində isə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində biznes qurmalarına dəstək verilməsi işləri aparılır.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması