31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar “Özünüməşğulluğa Dəstək Layihəsi”ndən də yararlana biləcəklər

Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar “Özünüməşğulluğa Dəstək Layihəsi”ndən də yararlana biləcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, layihədə aztəminatlı ailələrin üzvləri, məcburi köçkünlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərlə yanaşı, şəhid ailəsi üzvlərinə də üstünlük verilir.
Burada məqsəd aztəminatlı əhali qruplarının kiçik sahibkarlığa çıxışına şərait yaratmaqla gəlir imkanlarının artırılmasıdır.
Layihədən yararlanmaq üçün nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat sistemi (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) olan “Layihələr üzrə müraciət forması”na daxil olaraq qeydiyyatdan keçmək olar. Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək mümkündür.
Bu il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub. Onlardan artıq bir hissəsinə banklar tərəfindən aktivlər verilib və bu proses davam edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?