31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək

Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək

2018-ci ildə 7300-ə yaxın, 2019-cu ildə 10 mindən çox ailənin cəlb edildiyi özünüməşğulluq proqramı əsasında bu il 12 min ailənin kiçik müəssisələrinin yaradılması işləri aparılır. Gələn il isə proqram 15 min ailəni əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ümumilikdə növbəti ildən özünüməşğulluq proqramı illik 15 min ailənin kiçik biznesə çıxışına imkan verəcək. Bu o deməkdir ki, ailə üzvlərinin sayı ilə hesabladıqda proqram illik orta hesabla 60 min nəfərin rifahına dəstək verəcək.

Proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləri və başqalarıdır.

Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də həmin proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb olunub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?