1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Muzdla işlәyәnlәrin sayı 1,7 milyona çatır

Muzdla işlәyәnlәrin sayı 1,7 milyona çatır

Avqustun 1-nə muzdla işlәyәnlәrin sayı 1 milyon 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri-neft-qaz sektorunda isә 1 milyon 647,1 min nәfәr çalışıb. Müәssisә vә tәşkilatlarda muzdla çalışan işçilәrin 24,9 faizi mәhsul istehsalı sahәlәrindә, o cümlәdәn 8,4 faizi tikintidә, 7,6 faizi emal sәnayesindә, 3,4 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq sahәlәrindә, 2 faizi mәdәnçıxarma sәnayesindә, 1,8 faizi su tәchizatı, tullantıların tәmizlәnmәsi vә emalı, 1,7 faizi elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı sahәlәrindә mәşğul olub.

Xidmәt sahәsindә işlәyәnlәrin 19,5 faizi tәhsil, 18,2 faizi ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri, 8,1 faizi әhaliyә sәhiyyә vә sosial xidmәtlәrin göstәrilmәsi, 6,6 faizi dövlәt idarәetmәsi vә müdafiә, sosial tәminat, 4,6 faizi inzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi, 4,5 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 3,4 faizi peşә, elmi vә texniki fәaliyyәt, 3,3 faizi istirahәt, әylәncә vә incәsәnәt, 1,7 faizi informasiya vә rabitә, 1,7 faizi maliyyә vә sığorta fәaliyyәti, 1,4 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә, 1,1 faizi digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi vә 1 faizi daşınmaz әmlakla әlaqәdar әmәliyyatlar sahәlәrindә çalışıblar. Yeddi ayda bir işçiyә düşәn orta aylıq işlәnmiş iş saatlarının miqdarı 132,6 saat tәşkil edib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?