1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"E-əmək birjası" platforması yaradılır

"E-əmək birjası" platforması yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Elektron əmək birjası” platforması yaradılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma “Əmək münasibətləri və məşğulluq” altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləyəcək.

İşsiz, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər. Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər.

İşsiz və işaxtaran şəxslər platformada “Vakansiya bankı” ilə də tanış ola və bu vakansiyalar üzrə müraciət edə biləcəklər.

Əmək birjası platformasının yaradılmasında əsas məqsəd məşğulluq imkanlarının artırılması, mövsümi və müvəqqəti işlərin görülməsi üçün işçi axtaran şəxslərlə işsiz və işaxtaranlar arasında əlaqə yaratmaq, həmçinin qeyri-formal məşğulluğun qarşısını almaqdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?