26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Karantin dövründə işəgötürən işçiyə boşdayanma üçün ödəniş edə bilərmi?

Karantin dövründə işəgötürən işçiyə boşdayanma üçün ödəniş edə bilərmi?

Pandemiyanın yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər bəzi sualların da yaranmasına səbəb olur.

İqtisadçı ekspert Anar Bayramovun şərhinə əsasən, pandemiya ilə bağlı fəaliyyəti tam məhdudlaşdırılmayan sahələr üzrə qanunvericiliyin karantin rejiminə uyğun tələblərindən biri də Əmək Məcəlləsinin 169-cu maddəsində əks olunub: "Boşdayanma vaxtı əməyin ödənilməsi" adlı 169-cu maddəyə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilir.

Misal: Fəaliyyətinə icazə verilən turizm müəssisəsi ancaq xarici səfərlərin təşkili ilə məşğul olduğu üçün məcburi boşdayanma yaranıb. Bu zaman işəgötürən qərar verir ki, işçilərin tarif maaşının üçdəiki hissəsini ödəsin və işçilər müəyyən müddət işə gəlməsinlər.

Turagentin operatorunun aylıq əməkhaqqının 600 manat, satışlara görə bonusunun 200 manat olmasına baxmayaraq, işəgötürən tarif maaşının üçdəiki hissəsini, yəni 400 manat (600 manat x 2/3) manat ödəməklə işçiləri evə buraxa bilər.

Fəxriyyə İKRAMQIZI

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?