14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dəfn pulunun hesablanması

Əmək Məcəlləsinin 74 maddəsinin 1-ci hissəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq işçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilir. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Əmək Məcəlləsinin 77.7 bəndində göstərilib ki, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c", 74-cü maddəsinin birinci hissəsinin "a" və "c" bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı 2 misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödəyir.

"Sosial müavinətlər haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulan dövlət qulluqçularına ömürlük müavinət, eləcə də yaşa, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirməyə görə müavinət, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlik müavinəti alan şəxslərdən biri vəfat etdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəfn üçün müavinət təyin edilməsi ilə bağlı müraciətlərə baxılır.

İşləyən vətəndaş vəfat etdikdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir. Bu zaman dəfn pulu almaq üçün ölüm haqqında şəhadətnamənin surəti, haqq-hesab cədvəli, protokol, Dövlət Sosial Müdafiə Fonduna məktub, eyni zamanda şəxsin vərəsəliyini təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.

İş yerində isə sənədləşmə üçün ölüm haqqında şəhadətnamə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr kifayətdir. Xitam əmri yazıldıqdan sonra ölüm haqqında şəhadətnamənin surəti əmrin arxasına tikilir.

Mövcud qanunvericiliyə əsasən, dəfn pulundan vergi və məcburi sosial sığorta haqları tutulmur.

Dəfn pulunun hesablanması

Əmək Məcəlləsinin 177.3 maddəsində göstərilib ki, 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqını hesablamaq üçün işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Misal 1: Aylıq əməkhaqqı 400 manat olan işçi bir ay (iyun ayı) işlədikdən sonra vəfat edib. İşlədiyi 1 ayda 22 iş günü olub. O zaman 1 günün əməkhaqqı 400 : 20 = 20 manat olacaq.

Vəfat etdiyi ayda iş günlərinin sayı 22 olduğu üçün məbləğ 20 x 22 = 440 manat olacaq.

Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən, vəfat edən şəxsə orta aylıq əməkhaqqının 3 misli verilməlidir: 440 x 3 = 1320 manat. Deməli, yuxarıda göstərilən şərtlərlə 1 ay işlədikdən sonra vəfat edən şəxsə iş yerindən 1320 manat vəsait ödənilir.

Misal 2: Tutaq ki, aylıq əməkhaqqı 400 manat olan işçi iyul ayında vəfat edib.

May ayında iş günlərinin sayı 20, iyun ayında 22 olub. Əmək Məcəlləsinin177.2 maddəyə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

20+22=42
800:42 = 19,05 manat.

Bir iş gününə 19,05 manat vəsait düşür. İşçinin vəfat etdiyi ay iş günlərinin sayı 22 olub.

19,05 x 22 = 419,10 manat.

Əmək Məcəlləsinin 77.7 maddəsinə əsasən, dəfn pulu kimi orta aylıq əməkhaqqının 3 misli verilməlidir: 419,10 x 3=1257,30 manat.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?