19 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Taro Savada: “Azərbaycanda yeni sahələrə investisiya yatırmağı planlaşdırırıq”

Taro Savada: “Azərbaycanda yeni sahələrə investisiya yatırmağı planlaşdırırıq” AÇIQLAMA

Artıq 10 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərən yaponiyalı iş adamı Taro Savada investisiya fəaliyyətini genişləndirməyi planlaşdırır. O, Bakıda keçirilən “THE JAPAN ESSENCE GLOBAL EXPO 2026” tədbirində “vergiler.az”a açıqlamasında bildirib ki, kənd təsərrüfatı və qida istehsalı ilə yanaşı, tikinti texnikası, infrastruktur, dağ-mədən sənayesi və ətraf mühitin mühafizəsi sahələrində də layihələr həyata keçirmək niyyətindədirlər. İnvestorun məqsədi Yaponiyanın texnologiya və biznes təcrübəsini Azərbaycana gətirməklə yanaşı, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verməkdir.

Kənd təsərrüfatından qida istehsalına...

Taro Savada Azərbaycandakı fəaliyyətinə kənd təsərrüfatı sahəsinə investisiya yatırmaqla başladığını bildirib. Son dövrlərdə isə biznesini genişləndirərək çörək zavodu və digər qida istehsalı layihələrinə start verib. Növbəti mərhələdə tikinti texnikası, infrastruktur və dağ-mədən sənayesi üzrə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur. Bu təşəbbüslər investorun Azərbaycanda fəaliyyət göstərdiyi sahələrin şaxələndirilməsinə və müxtəlif sektorlarda əməkdaşlıq imkanlarının artırılmasına xidmət edəcək.

Yaponiyanın “yaşıl” texnologiyaları Azərbaycana gətiriləcək

İnvestorun planlarında ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi də xüsusi yer tutur. Müsahibimizin sözlərinə görə, Bakıda keçirilən COP29 çərçivəsində diqqət mərkəzində olan ekoloji məsələlər, karbon emissiyalarının azaldılması və elektrik enerjisinə qənaət istiqamətində Yaponiyanın müasir texnologiyalarının Azərbaycana gətirilməsi və tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müvafiq sahələrə investisiya yatırılması da planlaşdırılır. Bundan əlavə, gələn ildən Yaponiyadan olan iş adamlarının Azərbaycana dəvət edilməsi, onların ölkəmizdə investisiya imkanları ilə tanış olması planlaşdırılır.

Azərbaycanın strateji mövqeyi investorlar üçün üstünlükdür

Taro Savada Azərbaycana investisiya yatırmaq qərarında ölkəmizin coğrafi mövqeyinin mühüm rol oynadığını da vurğulayıb. Onun fikrincə, Azərbaycanın Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa və digər ölkələrin bazarlarına çıxış imkanları beynəlxalq biznes üçün əlverişli şərait yaradır. Yaponiyalı iş adamının yeni investisiya planları kənd təsərrüfatı və qida istehsalından sənaye, infrastruktur və “yaşıl” texnologiyalaradək müxtəlif sahələri əhatə edir. Bu təşəbbüslərin həyata keçirilməsi həm ölkəmizdə yeni biznes imkanlarının yaranmasına, həm də Yaponiya ilə iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yarada bilər.

Faiq KƏRİMOĞLU

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?