23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib

Avqustun 22-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Qobustan şəhərindəki Vergi ödəyicilərinə xidmət mərkəzində Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib. 

Qəbulda vergi qanunvericiliyinin tətbiqi, kənd təsərrüfatı sahəsində uçotun aparılması, vergilərin hesablanması və ödənilməsi, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işə qəbul, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb, kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı Şamaxıda start verilmiş pilot layihə çərçivəsində vergi ödəyicilərində yaranan suallar cavablandırılıb.

Vətəndaşların qaldırdıqları məsələlərin bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması