5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat üzrə Nobel mükafatçısı - Corc Stiqler

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Corc Stiqler

ABŞ iqtisadçısı Corc Cozef Stiqler (George Joseph Stigler) 1911-ci ildə mühacir ailəsində anadan olub. 1931-ci ildə Vaşinqton Universitetini bitirib. 1938-ci ildə Çikaqo Universitetində “Neoklassik istehsal və paylama nəzəriyyələrinin tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Çikaqo məktəbinin F.Nayt, Q.Simon, M.Fridman kimi görkəmli nümayəndələrinin ona böyük təsiri olub. 1936-cı ildən müxtəlif kollec və universitetlərdə müəllimlik edib.

1958-ci ildə Çikaqo Universitetinin professoru olan C.Stiqler iqtisadi fikir tarixinin təhlilinə mühüm töhfələr verib. Onun ilk kitabı "İstehsal və paylama nəzəriyyələri" (1941) neoklassik nəzəriyyənin formalaşması dövrünü əhatə edir. “İqtisadi nəzəriyyənin tarixi haqqında esselər” (1965) kitabında isə təkcə iqtisadi nəzəriyyənin banilərinə deyil, həm də öz müasirlərinə (məsələn, E.Çemberlin, D.Qelbrayt və b.) həsr olunmuş silsilə məqalələr toplanıb. C.Stiqler mikroiqtisadi nəzəriyyəni təkmilləşdirməklə onu real iqtisadi problemlərin təhlilinə uyğunlaşdırmağa çalışırdı.

C.Stiqler 1960-cı illərdə “sənayenin təşkili” nəzəriyyəsinə getdikcə daha çox diqqət yetirməyə başladı. Bu nəzəriyyə bazar strukturlarının satıcı və alıcıların təmərküzləşməsi, məhsulun differensasiyası, giriş maneələri, xərc strukturu və s. baxımından öyrənilməsinə üstünlük verir.

C.Stiqlerin nəhəng empirik materialdan istifadə etməsi onun əsərlərini bu sahədəki digər əsərlərdən əhəmiyyətli dərəcədə fərqləndirir. Bazar strukturlarının təhlilində o, eyni məhsulun qiymət fərqini müəyyən edən informasiya problemini və onunla bağlı xərcləri önə çəkir. C.Stiqler “Vətəndaş və dövlət” əsərində ayrı-ayrı sahələrin maraqları nöqteyi-nəzərindən iqtisadiyyatın dövlət tənzimlənməsi problemini təhlil edib. Onun fikrincə, qadağan etmək və ya məcbur etmək, pulu götürmək və ya vermək gücü ilə dövlət bir çox sənaye sahələrinə seçmə şəkildə kömək edə və ya əksinə, zərər verə bilər. O, belə hesabi edirdi ki, dövlət müdaxiləsinin xarakteri bazarın və ya ictimai maraqların qorunmasının bunu tələb etməsi ilə deyil, bəzi şəxslər və ya sənayelər üçün zəruri və faydalı olması ilə müəyyən edilir.

C.Stigler sənaye və ya peşəkar qrup tərəfindən dövlətə müraciət edilməsinin dörd əsas yolunu qeyd edir:

1) birbaşa nağd subsidiyalar;

2) sənayeyə çıxışın məhdudlaşdırılması və nəticədə yeni rəqiblərin meydana çıxmasına nəzarət (idxal və istehsal kvotalarından, proteksionist mallardan və s. istifadə etməklə);

3) bu sənayenin əlaqəli sahələrdə istehsala təsir göstərməsinə imkan verən imtiyazlar;

4) birbaşa qiymət təyini.

O, göstərmişdi ki, müəyyən sənaye və ya peşəkar qrupların maraqlarını dövlət tənzimlənməsindən əldə edən bu cür lobbiçilik cəmiyyətin siyasi quruluşu, demokratiya və səslərin manipulyasiyası ilə bağlıdır.

C.Stigler 1982-ci ildə bazar strukturları, bazarların işləməsi və dövlət tənzimlənməsinin səbəb və nəticələrinə dair qabaqcıl tədqiqatlarına görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Böyük iqtisadçı alim və pedaqoq 1991-ci il dekabrın 1-də Çikaqoda vəfat edib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması