13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı aylarda məzuniyyətə çıxmaq daha sərfəlidir? (II hissə)

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

Bunu daha aydın izah etmək üçün işçinin bir həftə məzuniyyətə çıxdığı halda məzuniyyətin 5 günü iş gününə düşürsə, bunun mart (iş günü az olan) və avqust (iş günü çox olan) aylarında icra edilməsinə nəzər salaq:

Misal 2: İşçi mart ayının 9-15-i tarixləri arasında və 2-8 avqust tarixləri arasında məzuniyyətə çıxması halında eyni günlük məzuniyyət və eyni əməkhaqqı məbləğinə görə aylıq qazanc necə dəyişəcək? Əməkhaqqı və orta aylıq əməkhaqqı 1.500 manatdır.

Hər iki ayda məzuniyyətin müddəti 5 iş günü və 2 istirahət günündən ibarətdir. Qeyd edək ki, 2021-ci ilin istehsalat normasına əsasən, mart ayında 17, avqust ayında isə 22 iş günü olub:

Məzuniyyət haqqı: 1.500 : 30.4 = 49.34 manat;

49.34 x 7 = 345.38 manat.

Mart ayında əməkhaqqı: (1.500 : 17) x 12 = 1.058.82 manat.

Avqust ayında əməkhaqqı: (1.500 : 22 ) x 17 = 1.159.09 manat.

Beləliklə, işçinin ümumi gəliri mart ayında 1.404.7 manat, avqust ayında isə 1.504.47 manat olacaq:

345.38+1.058.82 = 1.404.7 manat;

345.38+1.159.09 = 1.504.47 manat.

Bir gününə düşən əməkhaqqı məbləği yüksək olan aylarda işləmək, az olan aylarda məzuniyyət götürmək sərfəlidir. Yən, iş günü az olan aylarda işləmək, çox olan aylarda məzuniyyət götürmək daha səmərəlidir. İş günü az olan aylarda bir günə düşən əməkhaqqı yüksək olduğundan əməkhaqqından daha çox tutulma olacaq. Məzuniyyət haqqı isə əgər orta aylıq əməkhaqqında artım və ya azalma olmayıbsa, hər ay dəyişməz olaraq qalır.

Misal 3: İşçi 2021-ci ilin məzuniyyətini 13-29 avqust tarixlərinə planlaşdırır. 17 günlük məzuniyyətin tərkibində 6 gün istirahət günləri var. Bu zaman məzuniyyət haqqı məbləğinin nə qədər olacağına baxaq:

Fərz edək ki, işçinin orta aylıq əməkhaqqı məbləği 1.200 manatdır. 2021-ci ilin iyul ayında 22 iş günü var. 13-29 avqust tarixləri məzuniyyət günləri olduğundan avqust ayında işçi 11 iş günü işləyəcək.

Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;

39.47 x 17 = 671.05 manat.

Əməkhaqqı: 1.200 : 22 = 54.55 manat:

54.55 x 11 = 600 manat.

Avqust ayı üzrə cəmi gəlir: 671.05 + 600 = 1.271.05 manat.

Göründüyü kimi, həftəsonlarının məzuniyyət günlərinə daxil edilməsi ilə işçinin məzuniyyət haqqında artım oldu. Amma bu halda işçinin daha çox məzuniyyət günü istifadə edildi.

Misal 4: Yuxarıdakı nümunəyə uyğun olaraq məzuniyyət 2-18 avqust tarixləri arasında olsaydı, bu zaman əməkhaqqının hesablanması aşağıdakı şəkildə olardı:

Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;

39.47 x 17 = 671.05 manat.

Əməkhaqqı: 1.200 : 22 = 54.55 manat;

54.55 x 9 = 490.91 manat.

Avqust ayı üzrə cəmi gəlir: 671.05 + 490.91 = 1.161.96 manat.

Nümunələrdəki hər iki halda işçi 17 təqvim günü əmək məzuniyyəti hüququndan istifadə etsə də məzuniyyət tarixlərinə uyğun gəlir də fərqli olacaq.

Misal 5: Eyni işçi məzuniyyəti 3-19 may tarixləri arasında götürsə, məzuniyyət haqqı əməkhaqqına nisbətdə necə dəyişəcək?

Tutaq ki, may ayının 9-u Qələbə günü, 13 və 14-ü isə Ramazan bayramı olduğundan 3 gün məzuniyyət müddətinə daxil edilməyəcək. Yəni işçi 20 may tarixdə deyil, 24 may tarixdə işə çıxacaq.

Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;

39.47 x 17 = 671.05 manat.

Əməkhaqqı: 1.200 : 16 = 75 manat;

75 x 5 = 375 manat.

May ayı üzrə cəmi gəlir: 671.05 + 375 = 1.046.05 manat.

Beləliklə, iş günü çox olan aylarda bir iş gününə düşən əməkhaqqı az olacağından həmin aylarda məzuniyyətə çıxmaq daha sərfəli, iş günü az olan aylarda isə bir iş gününə düşən əməkhaqqı yüksək olacağından işləmək daha sərfəlidir. Məzuniyyət haqqı isə təqvim günlərinə əsasən hesablandığı üçün hansı ayda götürməkdən asılı olmayaraq eyni olacaq.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı - 2024” kitabı

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?