19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

Prezident İlham Əliyev fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə prezidentləri arasında yüksək səviyyədə qarşılıqlı etimadın mövcud olduğunu bildirib və bunun əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını deyib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən ümumi tarixi-mədəni dəyərlərə malik olduğumuz Şimali Qafqaz regionu, eləcə də Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının həyata keçirilməsinin qarşılıqlı münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiyanın müxtəlif regionları arasında əlaqələrin uğurlu inkişafında ötən il iki ölkə prezidentinin iştirakı ilə Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmini qeyd edib. Prezident İlham Əliyev Raşid Temrezovun ölkəmizə səfərinin səmərəli və uğurlu keçəcəyinə əminliyi ifadə edib.

Azərbaycan Prezidenti ilə görüşdən böyük məmnunluq duyduqlarını deyən Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov Azərbaycan-Rusiya münasibətlərinin inkişafında regionlararası qarşılıqlı fəaliyyətin rolunu qeyd edərək, bu gün Bakıda biznes nümayəndələri arasında keçiriləcək görüşün əhəmiyyətini vurğulayıb. Bildirib ki, Rusiyanın Qaraçay-Çərkəz regionu ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün qarşılıqlı maraq mövcuddur və bunun üçün yaxşı imkanlar var. Raşid Temrezov mədəni və humanitar əlaqələrin də yüksək səviyyədə olduğunu bildirərək, bunun münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?