13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Rossiya 1" televiziya kanalına verdiyi müsahibə yanvarın 28-də Rusiyanın "Rossiya 24" kanalında yayımlanıb.

Dövlətimizin başçısı müsahibəsində bildirib ki, 25 il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beynəlxalq şirkətlərlə uğurla işləyir: "Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar. Yəni bu, təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir". Prezident İlham Əliyev qeyd edib ki, təkcə son 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollara qədər sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir və böyük əksəriyyəti neft-qaz sektoruna aiddir: "Həmçinin bizim neftimizi bir çox istiqamətlərə nəql etməyə imkan verən ixrac neft və qaz boru kəmərləri inşa edilib. Buna görə də bu gün, əlbəttə, neft-qaz layihələrinin gəliri artır. 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitlər sayəsində böyük qazanc əldə ediblər".

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?