6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

Ölkə başçısı Davosda bir sıra görüşlər keçirib

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə "VTB Bank"ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə "VTB Bank" arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev "VTB Bank"ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlətimizin başçısını əmin edib ki, "VTB Bank" bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub. Görüşdə "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group" arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sonra "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşüb. Görüşdə "CISCO" şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirilib. Qeyd olunub ki, "CISCO" şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.

Prezident İlham Əliyev "CISCO" şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.

"CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirib və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirib. Xanım Kelli Kramer qeyd etdi ki, Azərbaycan "CISCO" şirkəti üçün regionda ən önəmli ölkədir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?