19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlətimizin başçısı "Microsoft" şirkətinin vitse-prezidenti ilə görüşüb

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Microsoft" şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Mişel Van Der Bel dünyanın aparıcı texnoloji şirkəti olan "Microsoft"un Azərbaycanda həyata keçirilən layihələrə dəstəyinin bundan sonra da davam etdirəcəyini vurğulanıb. Bildirib ki, dünya iqtisadiyyatının və sosial həyatın inkişafı nəticəsində müasir dövrdə süni intellekt məsələləri ön plana keçməkdədir. Yaxın onilliklərdə süni intellekt artıq bir çox peşələri əvəz edəcək. Mişel Van Der Bel hökumətlərin və dövlətlərin süni intellekt erasına hazır olmalarının vacibliyini vurğulanıb. Diqqətə çatdırıb ki, bu prosesdə hökumət nümayəndələri, elmi dairələr və biznes qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bütövlükdə informasiya texnologiyalarının inkişafı ilə mümkündür.

Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verdi. Bildirib ki, Azərbaycanda qəbul olunmuş dövlət proqramlarında, iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir. İnformasiya texnologiyalarının tətbiqi həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.

Söhbət zamanı bildirilib ki, "Microsoft"un Azərbaycandakı təmsilçiləri ilə aidiyyəti hökumət və biznes dairələri birlikdə bu məsələləri müzakirə etməli, layihələr hazırlamalıdır. Hər iki tərəfdən belə layihələrin inkişafı üçün müvafiq dəstəyin göstəriləcəyi qeyd olunub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?