15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Qazaxıstan Parlament Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Nurlan Niqmatulin Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə Türk Şurasının fəxri sədri adının verilməsinə görə qazax xalqı adından səmimi minnətdarlığını bildirib. Qonaq Bakıda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevə və Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında şəxsi dostluğun xalqlarımız arasında münasibətlərin inkişafında böyük rol oynadığı vurğulanıb, Prezident İlham Əliyevin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi işinə verdiyi töhfələr xüsusi qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika və iqtisadi sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçıları arasında görüşlərin bu münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanda yaxşı investisiya mühitinin olduğu, ölkəmizin investisiyalar üçün cəlbediciliyinin beynəlxalq qurumlar tərəfindən də təsdiq edildiyi bildirilib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunulub, TÜRKPA-nın Azərbaycanda keçirilən IX plenar iclasında Qazaxıstanın da yüksək səviyyədə təmsil olunduğu və bu tədbirin münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?