13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib

Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayevanı qəbul edib

AZƏRTAC xəbər verir ki, Ali Məclis Senatının sədri Tanzila Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfərini səbirsizliklə gözlədiklərini qeyd edib. Tanzila Narbayeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə yaxından tanış olduqlarını deyərək onun Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə bu il Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün əhəmiyyəti vurğulanıb, bu tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də iştirak etdiyi və Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv olması məmnunluqla qeyd edilib. Söhbət zamanı TÜRKPA-nın Bakıda IX plenar iclasının uğurla keçəcəyinə, burada mühüm məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik bildirilib. Vurğulanıb ki, bu tədbir ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini bir daha təsdiq edəcək.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?