24 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda "Şimal-2" elektrik stansiyası istismara verilib

Prezident İlham Əliyev stansiyanın açılış mərasimində iştirak edib

AZƏRTAC xəbər verir ki, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən "Şimal" elektrik stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq "Şimal-2" Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.

...Stansiyanı işə salan Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb söhbət edib, xatirə şəkli çəkdirib. Kollektivə uğurlar arzulayan dövlətimizin başçısı stansiyanın istismara verilməsinin çox böyük əhəmiyyət daşıdığını vurğulayıb, bu işdə xüsusi əməyi olan Yaponiya şirkətlərinə təşəkkürünü bildirib. Stansiyanın qurulmasının Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürü olduğunu deyən Prezident İlham Əliyev hər iki ölkə arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə, bir çox birgə layihələrin icra olunacağına əminliyini ifadə edib.

VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu?