21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

Qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik edib, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.

Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə edib, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib.

Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd edib.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxunub, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib.

Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulanıb, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunulub.

Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?