22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması planı təsdiqlənib

Naxçıvanda paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması planı təsdiqlənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, elektrik enerjisi sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin müasirləşdirilməsi və innovativ texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl islahatlar enerji sisteminin idarə edilməsi və inkişafı fəlsəfəsində keyfiyyət dəyişikliyinə zəmin yaratmış, elektrik enerjisi ilə istehlakçıların daha etibarlı, davamlı, təhlükəsiz və səmərəli təchizatına xidmət etmişdir.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da iqtisadi inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər, öz növbəsində, kommunal infrastrukturun, o cümlədən paylayıcı elektrik şəbəkəsinin keyfiyyətinin yüksəldilməsini, əhalinin fasiləsiz və təhlükəsiz enerjiyə çıxışını əsas prioritetlərdən birinə çevirir.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasında paylayıcı elektrik şəbəkəsinin dayanıqlılığının təmin edilməsi, bu sahədə infrastrukturun daha da yaxşılaşdırılması, istehlakçıların enerji təchizatının səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə:

– “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” (bundan sonra – Tədbirlər Planı) təsdiq edildi.

– “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

– Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?