9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu dedi, bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğuladı. Dövlətimizin başçısı enerji sahəsində Avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, Azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək istədiyi bildirdi.

Dan Yorgensen ilk növbədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ursula Fon der Lyayenə çatdırmağı xahiş etdi.

Qonaq xüsusilə bu mürəkkəb zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirərək vurğuladı ki, ölkəmizlə əməkdaşlığa çox böyük önəm verirlər və bunu gələcəkdə də inkişaf etdirmək istəyirlər.

Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı COP29-un ölkəmizdə uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Söhbət zamanı həm təbii qaz, həm də yaşıl enerji sahələrində əməkdaşlıq məsələləri müzakirələr olundu. Bildirildi ki, Avropa İttifaqı öz imkanları çərçivəsində bu istiqamətlər üzrə əməkdaşlığa dəstək verməyi düşünür.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun uğurla aparıldığı vurğulandı, bunun gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirildi.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?