22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşğaldan azad edilmiş ərazilərdə investisiya müsabiqələri ilə bağlı Qaydalar təsdiqlənib

İşğaldan azad edilmiş ərazilərdə investisiya müsabiqələri ilə bağlı Qaydalar təsdiqlənib

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları” təsdiqlənib.

Qaydalar işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə icarəyə verilməsi nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə investisiya müsabiqələrinin keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir. İnvestisiya müsabiqəsi icarəyə verilən torpaqlardan səmərəli istifadəni təmin edən investisiya layihələrinin seçilməsi məqsədilə keçirilir.

Müsabiqə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə təşkil olunur.

Nazirlik müsabiqənin təşkili üçün bu Qaydalara əsasən komissiya yaradır və fəaliyyətini təşkil edir. Müsabiqə keçirilməsi haqqında elan hazırlanmalı və dərc olunmalıdır. Ərizə qəbulu müddəti başa çatdıqdan sonra daxil olmuş ərizələr komissiyaya təqdim edilir. Müsabiqə başa çatdıqdan sonra 3 iş günü müddətində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində müsabiqənin nəticələri haqqında məlumat dərc olunur.

Müsabiqə keçirilməsi haqqında elan müsabiqənin keçirildiyi gündən azı 45 gün əvvəl Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməlidir.

Müsabiqənin qalibi müqavilə üzrə investisiya layihəsinin icrasına başlanıldığı tarixdən etibarən, bu Qaydalarda nəzərdə tutulmuş təşkilati plana əsasən, hər mərhələnin yekununa dair hesabatı növbəti ayın 10-dək EKTİS vasitəsilə nazirliyə təqdim etməlidir.

İnvestisiya layihəsi meyarlara 10 faizədək uyğun olduqda “0”, 11−20 faiz uyğun olduqda “2”, 21−60 faiz uyğun olduqda “3”, 61−80 faiz uyğun olduqda “4”, 81−100 faiz aralığında uyğun olduqda “5” balla qiymətləndirilir.

AZƏRTAC

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?