18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Vergilər Nazirliyinin yeni strukturunu təsdiq edib

Dövlət başçısının imzaladığı Sərəncamda Nazirlər Kabinetinə Prezidentin aktlarının və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. 

Eyni zamanda, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Sərəncama əsasən, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718; 2015, № 2, maddə 145) ləğv edilib.

Bundan sonra Vergilər Nazirliyinin yeni strukturu belə olacaq:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:
2.1. Milli Gəlirlər Baş İdarəsi;
2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;
2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;
2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;
2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;
2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;
2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);
2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?