22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilib

Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilib

Prezident İlham Əliyev “Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında işləməsinin təşviqi, onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirilməsi, habelə bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizminin formalaşdırılması məqsədilə qərara alınıb ki, yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış yüksəkixtisaslı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə münasibətdə tətbiq ediləcək güzəştləri (ölkədə olmaq, yaşamaq və ya haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər və onların sayı, icazələrin müddəti, iş icazəsi tələbindən azad olunma, müraciətlərə baxılma müddəti və s.) müəyyən edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Nazirlər Kabineti şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarlarını və qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, Sərəncamda nəzərdə tutulan portal haqqında əsasnaməni və həmin portala inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısını üç ay müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?