22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mikayıl Cabbarov: “Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində tənzimləyici çərçivə olacaq”

Mikayıl Cabbarov: “Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində tənzimləyici çərçivə olacaq”

Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində əsas tənzimləyici çərçivə olacaq. Sənəd beynəlxalq praktika, elmi prinsiplər və mövcud iqtisadi şərait nəzərə alınmaqla hazırlanıb.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 5-də keçirilən iclasında söyləyib.

Nazir bildirib ki, məcəllə layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyllərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Qanun layihəsi iqtisadi qanunauyğunluqlar çərçivəsində rəqabət neytrallığının təmin edilməsi, hökmran mövqe və bazar gücündən sui-istifadənin qarşısının alınmasına xidmət etməklə yanaşı, təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, rəqabət mühitinin qorunmasına və inkişaf etdirilməsinə xidmət göstərəcək.

“Müşahidələr göstərir ki, azad biznes mühiti inkişaf etdikcə, iqtisadi tərəqqi ilə birlikdə bazar uğursuzluqları, inhisarçılıq meylləri, qanundan kənar iqtisadi fəaliyyətin miqyası da genişlənir və iqtisadiyyat üçün bir sıra risklər meydana gəlir. Qanunvericilik bazası adekvat olmadığı hallarda bu risklər iqtisadi fəaliyyətin pozulmasına və inklüziv inkişafın ləngiməsinə səbəb olur. Bu riskləri neytrallaşdırmaq üçün dövlət tənzimlənməsinin səmərəliliyinin artırılması prioritet olmalıdır”, - deyə M.Cabbarov qeyd edib. (AZƏRTAC)

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?