23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tbilisidə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Tbilisidə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Tbilisidə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsində Ulu Öndərin mütərəqqi xarici siyasət kursunu vurğulayıb. Bildirilib ki, Gürcüstanla həyata keçirilən layihələr regional tərəfdaşlıqda mühüm rol oynamaqla, ölkələrimiz arasında əlaqələri daha da gücləndirib. Ümummilli Lider ölkələrimiz arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsini təşviq edib, qarşılıqlı sərmayələrin artırılması, birgə müəssisələrin yaradılması və ticarət əlaqələrinin genişləndirilməsi üçün misilsiz işlər görüb.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Heydər Əliyevin iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin gücləndirilməsinə verdiyi töhfəni vurğulayıb, Azərbaycanın etibarlı strateji müttəfiq olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarsı Dostluq Qrupunun rəhbəri Soltan Məmmədov Gürcüstanda Ulu Öndərin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edib, iki ölkə arasında münasibətlərin şaxələndirilməsi üçün görülən işlərdən danışıblar.

Azərbaycanın və Gürcüstanın tanınmış incəsənət xadimlərinin də çıxış etdiyi tədbirdə Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tərəqqinin memarı” adlı fotosərgiyə baxış keçirilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?